Əslində məqsədi istirahət etmək yox, Uqo Çaves və Raul Kastro ilə olmasa da, ən azından İqtisadiyyat nazirləri Rodriqo Kabesas və Marino Murilyo ilə görüşmək, onların ölkələri ilə biznes əlaqələri qurmaq idi. Onu öz saflıqları və XXI əsrdə hələ də İmperiyanın 60-cı illərini xatırlatmaları ilə cəlb edən Venesuela ilə Kubanın bərbad vəziyyətdə olan iqtisadiyyatlarını qaldırmaq çoxdankı arzusuydu. Xeyr, kommunist deyildi, hətta kommunizmə nifrət edirdi. Sadəcə olaraq dağılma ərəfəsində olan İmperiyada özü kimi ayıq adamların necə asanlıqla milyonlar qazandığını bildiyindən, bu iki uzaq və ekzotik ölkədə də eyni perspektivləri görürdü.
Sarı gəlin
ISBN: 9952444567
ISBN 13: 9789952444568
Publication Date: November 11, 2011
Publisher: Apostrof
Pages: 319
Format: Paperback
Authors: Əli Əkbər, Elnur Astanbəyli, Tora Ağabəyova